Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
13
okt
2023
15:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Mina qurbanlarının sayı 333 nəfərə çatıb".
BAKUWS xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə "X" hesabında yaydığı paylaşımda qeyd olunub.
"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...