Azərbaycan XİN başçısının həmsədrlərlə görüşünün vaxtı dəyişdirilib
29
okt
2020
12:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Cenevrədə keçirilməsi planlaşdırılan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasındakı görüşün vaxtı sabaha (oktyabrın 30-na) dəyişdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən yeni görüş vaxtının təsdiqləməsini gözləyir.
Oxşar xəbərlər
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib - TAM MƏTN - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. BAKU.WS AZƏRTAC-a istina...