Azərbaycan XİN Venesuelaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.
Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.
We are deeply saddened by the devastating earthquake that struck #Venezuela, causing tragic loss of life and widespread destruction.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 25, 2026
We extend our heartfelt condolences to the families of the victims and express our solidarity with the people and government of Venezuela during…
Oxşar xəbərlər
Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək
Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib. BAKU.WS xəbər verir ki, sənəd maliyyə icarəsi fəal...