Azərbaycan XİN Rusiyaya başsağlığı verib
24
iyl
2025
19:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Bu barədə XİN-in "X" hesabında bildirilib.
"Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - başsağlığında deyilir.
Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu "An-24" təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...