Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Zəfər parkı və Zəfər abidəsini ziyarət olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Qalereya
***10:13
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış "Əbədi məşəl"abidəsinin önünə əklil və gül dəstələri qoyublar, xatirələrinə ehtiram nümayiş etdiriblər.
***09:57
Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Oxşar xəbərlər
"Euronews"da Azərbaycan Prezidentinin Almaniyaya səfəri ilə bağlı yazı dərc olunub
Azərbaycan və Almaniya enerji, nəqliyyat və ticarət sahələrini əhatə edən strateji tərəfdaşlıq bəyannaməsi imzalayıblar, eyni zamanda, Kansler Fridrix Merts Mos...