Azərbaycan vətəndaşları bu cinayət məsuliyyətindən azad edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə deyilir.
Dəyişikliyə əsasən, 10-cu maddəsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılması təklif edilir.
Qanunun 10-cu maddəsinin ikinci hissəsində qeyd olunur:
“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
İkinci cümlə çıxarıldıqdan sonra xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşların bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat vermək öhdəliyi qalsa da cinayət məsuliyyətindən azad edilirlər.
Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq II oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...