Azərbaycan və Ukrayna Prezidentləri Rusiya ilə sülhü müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski son enerji yardımı paketinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə Zelenski İlham Əliyevlə Münxendə görüşdən sonra sosial mediada yazıb.
"Mən ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdarlığımı bildirdim" - deyə Ukrayna prezidenti qeyd edib.
Zelenskinin sözlərinə görə, liderlər həmçinin ikitərəfli münasibətlərin inkişafı və enerji sektorunda birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.
"Biz həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik (Rusiya-Ukrayna müharibəsində – red.) Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir", - deyə Zelenski qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...