Azərbaycan və Türkiyənin dəniz piyadaları birgə təlimdə - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat daxil olub.
Təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.
Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın xüsusi təyinatlıları təlimdə terrorçuları zərərsizləşdirdi - FOTO/VİDEO
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən taktiki-xüsusi təlimin mövzusu mülki əhali arasında çaxnaşma yaratmağa v...