Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib

Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İğdır şəhərində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iki qardaş ölkə arasında çoxşaxəli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etməsi məmnunluqla vurğulanıb. Dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında, bəşəriyyəti münaqişələrdən xilas etmək üçün müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına, birliyinə ciddi zərurət olduğunu bildirib. Bu baxımdan, bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, İslam həmrəyliyinə çağırış edən təşəbbüslərə ehtiyacın yarandığını vurğulayan A.Erbaş Azərbaycanın İslam həmrəyliyi ideyasını qlobal səviyyədə təşviq etməsini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək dəyərləndirib.
İki qardaş xalqın birliyinin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin ümumbəşəri ideyaların xüsusi diqqət və qayğı sərgilədiyi nümunəvi məkan statusunu qorumağa davam etdiyini bildirib. İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, insanpərvərlik və sülh ideyalarının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib. BAKU.WS xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədo...
