Azərbaycan və Slovakiyanın baş prokurorları Əməkdaşlığa dair memorandum imzalayıblar
19
sen
2025
19:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın baş prokuroru Kamran Əliyev və Slovakiyanın baş prokuroru Maroş Jilinka Əməkdaşlığa dair memorandum imzalayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov "X" hesabında yazıb.
Məlumata görə, baş prokurorlar arasında danışıqlardan sonra Anlaşma Memorandumu imzalanıb.
Sənədin Azərbaycan və Slovakiya arasında ikitərəfli əməkdaşlığın inkişafında və hüquqi əlaqələrin möhkəmləndirilməsində mühüm addım olduğu bildirilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...