Azərbaycan və Rusiyanın XİN rəhbərləri arasında telefon danışığı olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Nazir Sergey Lavrov bölgədəki artan gərginliyin narahatlıq doğurduğunu bildirib. Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov öz növbəsində Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutması, ölkəmizin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə alınması barədə Rusiyalı həmkarına məlumat verib. Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən C.Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...