Azərbaycan və Rusiyanın Baş nazirləri Bakıda Forumda iştirak edəcəklər
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan və Rusiyanın Baş nazirləri Əli Əsədov və Mixail Mişustin Forumda iştirak edəcəklər.
Forumda iqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar əlaqələr, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, qarşılıqlı investisiya və təhsil ilə bağlı məsələlər müzakirə olunacaq.
Müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.
Forumda Azərbaycan və Rusiya hökumətinin üzvləri, işgüzar dairələrin təmsilçiləri, həmçinin hər iki ölkənin müxtəlif bölgələrinin nümayəndələri iştirak edəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...