Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla delimitasiyasını müzakirə etdi

Azərbaycan və Rusiya XİN başçıları Ermənistanla delimitasiyasını müzakirə etdi
Siyasət 51

23 may 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

BAKU.WS XİN-in yaydığı məlumata istinadən xəbər verir ki, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən bölgədə bütün kommunikasiya xətlərinin açılması, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər