Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri nümayəndələrinin görüşü olub

Qazaxıstan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrini ziyarət edib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Xarici Kəşfiyyat İdarəsi, "Azərbaycan Hava Yolları" QSC və "Azəraeronaviqasiya" Hava Hərəkətləri İdarəsinin nümayəndələri də iştirak ediblər.
Görüş zamanı "Təxirəsalınmaz uçuşların təmin edilməsi zamanı qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi" mövzusu çərçivəsində maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib və qonaqlara hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər
Gülçin Cəmil: Sevan Nişanyanın jurnalist arvadı da ermənilərin Göyçəyə sonradan köçürüldüyünü qeyd edir
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi "Report" İnfor...
