Azərbaycan və Qazaxıstan Alagöldə sanatoriya tikintisinə başlayır

Azərbaycan və Qazaxıstan Alagöl sahilində sanatoriya-kurort kompleksinin tikintisi ilə bağlı birgə layihə üzərində çalışırlar.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel və nümayəndə heyəti Abay vilayətinə səfər çərçivəsində bölgənin hakimi Berik Uali ilə görüşüblər.
Görüşdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədrinin müavini Aslan Kuniyarov, həmçinin Azərbaycan İnvestisiya Holdinqinin və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri iştirak ediblər.
Görüşdə kompleksin investisiya layihəsi təqdim olunub.
Səfir A.Bayel layihəni iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün önəmli addım adlandırıb.
"Bu gün Qazaxıstan və Azərbaycan müttəfiqlik münasibətlərinin yeni səviyyəsinə çıxıblar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev keçən il Azərbaycana üç dəfə səfər edib. Dövlət başçısı qarşımıza iqtisadi əməkdaşlığın inkişafı və sənaye və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı konkret vəzifə qoyub. 2024-cü ildə biz Qazaxıstan və Azərbaycanın birgə investisiya fondunu yaratdıq. Alagöldəki layihə bu fondun fəaliyyəti çərçivəsində ilk layihələrdən biri ola bilər. Həmçinin Azərbaycandan əlavə investisiyalar cəlb olunacaq", - deyə diplomat qeyd edib.
Layihə çərçivəsində 20 milyon dollar sərmayə qoyuluşu ilə ildə 800 nəfəri qəbul edə biləcək sanatoriya inşa ediləcək. Kompleksin istifadəyə verilməsi ilə 200-ə yaxın yeni iş yeri yaradılacaq. Tikinti üçün torpaq sahəsi ayrılacaq, layihə turizm və səhiyyə sahələrinin sintezində yeni klaster formalaşdıracaq.
Oxşar xəbərlər
Vaşinqton görüşü sülh prosesinə öz töhfəsini verəcək - RƏY
Vaşinqton görüşü sülh prosesinə öz töhfəsini verəcək. BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib....