Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.
Bu barədə diplomat “X”-də paylaşım edib.
“Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşməkdən şadam. Biz Azərbaycan və Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini və ikitərəfli əlaqələrimizin, xüsusən də hərbi və hərbi-texniki sahədə daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...