Azərbaycan və Niderland mina probleminin humanitar nəticələrini müzakirə edib
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin nümayəndələri və Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq görüş zamanı mina çirklənməsinin humanitar nəticələrini və bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Görüş zamanı tərəflər Azərbaycanda minalarla çirklənmənin humanitar nəticələrini, minatəmizləmə işlərinin mövcud vəziyyətini, əhalinin mina təhlükəsi riskləri barədə maarifləndirilməsi təşəbbüslərini, eləcə də mina qurbanlarının qarşılaşdığı problemləri müzakirə ediblər. Təşkilatın nümayəndələri həmçinin əvvəlki illərdə həyata keçirilmiş layihələrin və bu sahədə hazırlanmış hesabatların icmalını təqdim ediblər", - məlumatda qeyd olunub.
Tərəflər qlobal minalara qarşı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və Azərbaycanın mina probleminin miqyasını nəzərə alaraq, onun həllində dəstəyin gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Qeyd edilir ki, görüş konstruktiv atmosferdə keçib, tərəflər gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.
Oxşar xəbərlər
İlham Əliyev Venesuelada zəlzələdə insan təlafatına görə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib. BAKU.WS xəbər veri...