Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələri görüşüb

Azərbaycan və NATO-nun hərbi təhsil üzrə nümayəndələri görüşüb
Siyasət 18

NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi proqramı" (DEEP) çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin qiymətləndirmə görüşü keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və NATO arasında hərbi təhsil sisteminin və DEEP üzrə əməkdaşlığın cari vəziyyəti təhlil edilib, inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində təşkil olunan belə görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün qarşılıqlı fəaliyyət planının istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində seminarlar keçirib, NATO sistemində distant təhsilin təşkili ilə bağlı brifinqlər təqdim ediblər.

Oxşar xəbərlər

Son xəbərlər