Azərbaycan və İran sərhəddə birgə layihələrin icrasının tezləşdirilməsini istəyirlər

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında görüş baş tutub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlıq, xüsusilə də birgə sərhəd layihələrinin icrası müzakirə olunub.
Görüş zamanı hər iki tərəf Astara sərhəd terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər, habelə yaxın vaxtlarda Şahin Mustafayevin İranın Astara şəhərinə səfəri ilə bağlı razılığa gəliblər. Səfər çərçivəsində İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək və iki ölkə arasında müştərək layihələrin cari icra vəziyyəti qiymətləndiriləcək. Görüşlərdə layihələrin irəliləməsi, qarşıda duran problemlərin həlli və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

Oxşar xəbərlər
İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb. BAKU.WS-in məlumatına görə, mətndə deyilir: "Hörmətli cənab...