Azərbaycan və İran nümayəndələri arasında hansı məsələlər müzakirə olundu?
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunub.
Tərəflər ticarət, investisiya, nəqliyyat, enerji və infrastruktur layihələri sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Əvvəlki razılaşmaların icrasının sürətləndirilməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı sərhəd əməkdaşlığının gücləndirilməsi, azad zonaların fəaliyyətinin asanlaşdırılması, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat dəhlizləri, logistika mərkəzləri və sərhəd-keçid məntəqələri kimi birgə infrastruktur layihələrinin icrası ilə bağlı məsələlər də müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...