Azərbaycan və İordaniya arasında Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar Ayman Əs-Səfadi ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində vəziyyət müzakirə olunub.
Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQƏM və s. çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyə əsaslanan dəstəyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.
Görüş zamanı Nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini ətraflı müzakirə ediblər. Tərəflər böhranın yalnız siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğunu bildirərək, dialoq və danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Muxtar Babayev COP31-in Prezidenti ilə görüşüb
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Antalyada Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişiklikləri naziri və COP31-in...