Bakı və Tbilisi arasında strateji dialoq: İstanbulda üçtərəfli görüş çərçivəsində müzakirələr aparıldı
İyunun 8-də İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluğa əsaslanan münasibətlərin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin həm regional, həm də qlobal əhəmiyyətini qeyd ediblər.
Görüşdə regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının regional rifahın, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsinə mühüm töhfə verdiyini bildirərək, bu əməkdaşlığı gələcəkdə daha da inkişaf etdirmək niyyətində olduqlarını ifadə ediblər.
***18:46
İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həımkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun "X" sosial şəbəkə hesablarlında məlumat paylaşıb.
"Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər", - paylaşımda bildirilib və əlavə edilib ki, regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb, Cənubi Qafqazın Avropa və Asiyanı birləşdirən əsas dəhliz kimi artan strateji əhəmiyyəti qabardılıb.
Həmçinin Azərbaycan Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri nəzərdən keçirilib, sıx siyasi dialoqun, güclü iqtisadi əlaqələrin və enerji, nəqliyyat və regional bağlantı sahələrində uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Pleased to meet with Foreign Minister Maka Botchorishvili on the margins of the 10th Trilateral Meeting of the Foreign Ministers of Azerbaijan, Georgia and Türkiye in Istanbul.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 8, 2026
We discussed the strong Azerbaijan–Georgia strategic partnership, cooperation in energy, transport and… pic.twitter.com/m8OgE0Ryi7
Oxşar xəbərlər
Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır"
"Azərbaycanın ASAN modeli dünyanın 700 milyona yaxın əhalisinə xidmət göstərir və bu göstərici getdikcə artmaqdadır". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Pr...