Azərbaycan və Ermənistan arasındakı atəşkəskəslə bağlı ABŞ-dan ÇAĞIRIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır.
BAKU.WS ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, məlumatda ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilir.
"Biz hal-hazırda bütün saxlanılan şəxslərin qaytarılmasına, itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq.
Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır. Biz, Ermənistan və Azərbaycanı, Minsk Qrupu həmsədrlərinin himayəsi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya münaqişədən irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün əlaqələrini davam etdirməyə və intensivləşdirməyə çağırırıq", - deyə məlumatda bildirilir.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...