Azərbaycan və Britaniya müdafiə sahəsi üzrə əməkdaşlıq planı imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya Müdafiə Nazirliyi arasında 2026–2027-ci illəri əhatə edən İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Qeyd olunub ki, imzalanma mərasimindən görüntülər səfirliyin "X" sosial şəbəkəsində paylaşılıb.
"Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və Strateji Tərəfdaşlıq çərçivəsində onun rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik", - paylaşımda deyilir.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırmasından sonra müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...