Azərbaycan və Bəhreyn XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə görüşüb.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüş zamanı Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub.
Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadə olunmasının, habelə bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli hüquqi bazamızın zənginləşdirilməsinin vacibliyi qeyd edilib.
İqtisadiyyat, ticarət, investisiyalar, turizm, yüksək texnologiyalar və s. istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu diqqətə çatıdırılıb.
Humanitar sahə üzrə əməkdaşlığın genişləndirilməsinin, xüsusilə təhsil və təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs edilib.
Regional və beynəxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin cari ilki AQEM sədrliyi, habelə 2026-cı ildə İƏT-in sammitinə sədrliyi zamanı mümkün birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşmış Parlament və Gənclər Şəbəkəsi barədə məlumat təqdim olunub. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransının Manamada keçirilməsi məmnunluqla xatırlanıb.
Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları daxil olmaqla mövcud maneələr barədə ətraflı məlumatlandırılıb.
Görüş zamanı həmçinin Yaxın Şərqdəki vəziyyət geniş müzakirə edilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 13:01
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.
Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib.
Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.
C.Bayramov, həmçinin bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən, minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.
Foreign Ministers @Bayramov_Jeyhun of #Azerbaijan and Abdullatif bin Rashid Alzayani of #Bahrain held an expanded-format meeting to review and discuss the current state of bilateral relations and explore future cooperation between the two countries.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) May 12, 2025
The discussions spanned a… pic.twitter.com/Js014HDWn1
Qalereya
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir...
