Azərbaycan və ABŞ Hərbi Hava Qüvvələrinin komandanları görüşüblər - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də səfərdə olan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Milli Qvardiya Bürosunun rəis müavini general-leytenant Mark Sassevil ilə görüşüb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüşdə "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti, gələcəkdə bu istiqamətdə görülən işlərin daha da inkişaf etdirilməsi, hərbi pilotların hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
***
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Pentaqonda Milli Qvardiya Bürosunun rəhbərinin müavini, Hərbi Hava Qüvvələrinin general-leytenantı Mark Sassevil ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini və ümumi ikitərəfli müdafiə əməkdaşlığımızı müzakirə ediblər.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...