Azərbaycan və Aİ yeni saziş üzrə danışıqları tezliklə yekunlaşdırmaq niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə nazir Ceyhun Bayramov, bölgədə həyata keçirilən bərpa və yenidən qurma işləri və bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.
Avropa İttifaqının Komissarı Oliver Varhelyi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib
Azərbaycan parlamenti Şuşa Bəyannaməsini təsdiqləyib. BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikas...