Azərbaycan UNESCO-nun Proqramının Şura üzvlərinə təşəkkürünü bildirib
Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (UNESCO) İnsan və Biosfer Proqramının (İBP) Beynəlxalq Əlaqələndirmə Şurasının üzv dövlətlərinə müraciət edərək Bakının namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın sözügedən qurumdakı Daimi Nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.
“Azərbaycan UNESCO-nun İnsan və Biosfer Proqramının Beynəlxalq Əlaqələndirmə Şurasına namizədliyinə göstərdikləri dəyərli dəstəyə görə üzv dövlətlərə dərin minnətdarlığını bildirmək şərəfinə layiqdir. Çox sağ olun!”, – Azərbaycanın Təşkilatdakı missiyasının müraciətində qeyd olunub.
Xatırladaq ki, Azərbaycan UNESCO-nun İBP-nin Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zabuxda görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olubla...