Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına seçildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına seçilib.
BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 17 noyabr 2021-ci il tarixində YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.
Məlumatda deyilir: “Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü.
Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib.
Ölkəmizin namizədliyinin yüksək sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahəsinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir.
UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO -nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə öz minnətdarlığını bildirir”.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...