Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ilk üçlükdə yer alıb
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin fevralında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,63 faiz azalıb.
BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) məlumat yayıb.
Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,352 milyard, ABŞ-dan 1,481 milyard, Azərbaycandan isə 747,52 milyon kubmetr təşkil edib.
Fevral ayında Rusiyadan Türkiyəyə qaz ixracı 0,97 faiz azalıb, ABŞ-dan isə 99,19 faiz artıb.
2022-ci ilin fevralında Türkiyəyə ümumi qaz idxalı ötən ilin fevralı ilə müqayisədə 4,5 faiz artaraq 6,272 milyard kubmetr təşkil edib. Türkiyə 3,614 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 2,658 milyard kubmetri isə mayeləşdirilmiş təbii qaz qismində alıb.
Türkiyənin boru kəməri ilə qaz idxalı 12,93 faiz azalıb, mayeləşdirilmiş təbii qaz idxalı isə 43,55 faiz artıb.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...