Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yaradılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan, Türkiyə və Özbəkistan arasında regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq".
BAKU.WS “report”a istinadən xəbər verir, bu barədə Özbəkistan Prezident Administrasiyası rəhbərinin müavini və Prezidentin mətbuat katibi Şerzod Asadov tviterdə yazıb.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək. Özbəkistan, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə regional əlaqələrin möhkəmlənməsinə yönəlmiş nazirliklər səviyyəsində yeni əməkdaşlıq formatı yaradılacaq”, - paylaşımda deyilir.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü olub
İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub. BAKU.W...