Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə komanda-qərargah təlimi keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.
Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin, eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət imkanlarının artırılmasıdır.
Konfransın sonunda təlim tapşırıqları razılaşdırıldığı və təlimə hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol imzalanıb.
Qeyd edək ki, "Eternity-2026" təlimi bu il noyabr ayında Azərbaycanda keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Etienn Berxtoldu qəbul edib. BAKU.WS...