Azərbaycan Türkiyə şirkətini natrium sianid istehsalına cəlb etmək istəyir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə Azərbaycanda natrium sianid istehsalı layihəsini müzakirə edib.
Bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini nəzərdən keçirdik”, - deyə o qeyd edib.
Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürk ilə keçirdiyimiz görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsini müzakirə etdik. Dağ-mədən #sənaye-sində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resursları və layihənin perspektivlərini… pic.twitter.com/fAlfxGvvsm
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 29, 2024
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...