Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı regionun güc mərkəzidir
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani olub.
Senat sədri Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə sualları cavablandırıb.
O, parlamentlərarası əlaqələrin ölkələr arasında anlaşma və əməkdaşlıq üçün nə qədər vacib olduğunu vurğulayıb.
Həmçinin Azərbaycan və Pakistan arasında sıx əməkdaşlığın inkişaf etdirilməsi sahəsində müzakirələr aparıldığını qeyd edib.
Seyid Yusuf Rza Gilani hökumətlərarası dialoq və əməkdaşlığın ortaq təhlükəsizliyin təmin edilməsindəki rolunu xüsusi olaraq vurğulayıb.
Proqramda Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün regionda yeni bir güc mərkəzi kimi qiymətləndirilə biləcəyinə dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Bəhreyn Nümayəndələr Şurasının sədri: Azərbaycanla əlaqələrin inkişafına böyük maraq göstəririk
MiMilli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musalam ilə görüşüb...