Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyənin Azərbaycandakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.
Dövlət Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...