Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - VIDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.
BAKU.WS xəbər verir ki, təlimin ssenarisinə əsasən birləşmə və tabor qərargahları ilə hərbi qərar qəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, ərazidə tapşırıqların dəqiqləşdirilməsi, birgə danışıq cədvəllərinin işlənilib hazırlanması kimi tədbirlər həyata keçirilir.
Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə fəaliyyət zamanı idarəetmənin və rabitə əlaqəsinin təşkili üzrə fəaliyyətlər yerinə yetirilir.
Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması ilə bağlı verilmiş qərar və tapşırıqlar Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində icra olunur.
Oxşar xəbərlər
Azərbaycan-Türkiyə hərbi təlimlərinin ƏSL SƏBƏBİ - Düşməni qorxuya salan addım
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşun...