Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib
Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi" keçirilib.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, mayın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.
Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
Qalereya
Oxşar xəbərlər
Türkiyə MN: Azərbaycanla hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. BAKU.WS xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesa...