Azərbaycan tranzit imkanlarını Özbəkistana təqdim etməklə iqtisadi əlaqələri daha da dərinləşdirir
Azərbaycan tranzit imkanlarını Özbəkistana təqdim etməklə iqtisadi əlaqələri daha da dərinləşdirir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan münasibətlərinin özünəməxsus tarixi ənənələri var:
"Müxtəlif siyasi hakimiyyətlər, müstəqillik dövründə də Azərbaycan-Özbəkistan münasibətləri daim qarşılıqlı hörmət, əməkdaşlıq, qardaşlıq ruhunda olub. Bunun da səbəbi Özbəkistan və Azərbaycan xalqlarının ortaq dəyərlər, ortaq etnik kök, ortaq dil mədəniyyətindən gəlmələridir. Ona görə də son dövrlər Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində Özbəkistanla münasibətlərə yeni impulslar daxil olmaqdadır. Bu impulslar Özbəkistanın Azərbaycan üzərindən Avropaya çıxışını təmin edir.
Rəsmi Bakı öz tranzit imkanlarını Özbəkistana təqdim etməklə qarşılıqlı şəkildə ortaq maraqlara söykənən iqtisadi əlaqələri daha da dərinləşdirir. Bir neçə ay bundan əvvəl Türkmənistanda Özbəkistan, Azərbaycan və Türkmənistan prezidentlərinin iştirakı ilə görüşdə əldə olunan razılaşmalar Xəzər dənizi üzərindən Özbəkistanın Avropa İttifaqı ölkələri ilə imzaladığı nadir torpaq elementləri ilə bağlı yüklərin Azərbaycan üzərindən Avropaya daşınması üçün yaxşı imkanlar yaradır".
Deputat həmçinin bildirib ki, iki ölkənin idman, mədəni, soaial həyatı da bənzər olduğu üçün əməkdaşlığın mənəvi komponentlərinin dərinləşməsinə böyük ehtiyac var:
"Bu mənada, dostluq və qardaşlıq əlaqələri 2027-ci ildə kişilər arasında 20 yaşadək futbol yarışlarının (U-20 Dünya Çempionatı - red) iki ölkədə keçirilməsinə imkan verir. Eyni tədbirə iki qardaş ölkə ortaq ev sahibliyi edəcək. Bütün sadalananlar gələcəkdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə səbəb olacaq".
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Son deportasiyaya qədər Murğuzda 800 azərbaycanlı yaşayıb
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tibb elmləri d...