Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək

Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
Siyasət 20

Azərbaycan ilə Səudiyyə Ərəbistanının arasında enerji sektoru üzrə əməkdaşlıq daha da genişlənəcək.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas deyib.

Onun sözlərinə görə, iki ölkə arasında enerji sahəsində əlaqələr uzun illərə dayanır və bu istiqamətdə əməkdaşlıq davam edir: "COVID-19 pandemiyası dövründə Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana səfər edib və tərəflər arasında koordinasiya daha da güclənib. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərində mühüm yer tutur".

Son xəbərlər