Azərbaycan səfirliyi İsraildə xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması barədə MƏLUMAT YAYDI
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Bu barədə Trend-ə Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.
“İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...