Azərbaycan səfirinin Vaşinqton görüşü ilə bağlı məqaləsi Avropa gündəmində

Azərbaycan səfirinin Vaşinqton görüşü ilə bağlı məqaləsi Avropa gündəmində
Video
Siyasət 14

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Norveçin "Geopolitika" nəşrində Azərbaycanın İsveç, Finlandiya, Norveç və Danimarkadakı səfiri Zaur Əhmədovun Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına dair məqaləsi dərc olunub. Müəllif yazır ki, bu saziş uzunmüddətli, ardıcıl diplomatik səylərin nəticəsidir.

Diplomat qeyd edib ki, sazişin yekun imzalanması üçün əsas şərt Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaları istisna edərək Konstitusiyaya düzəlişlər etməyə hazır olmasıdır.

Bildirilib ki, razılaşmaların mühüm hissəsi bütün nəqliyyat və kommunikasiya xətlərinin, o cümlədən Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə təhlükəsiz quru yolu dəhlizinin açılmasıdır.

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək. Ermənistanın "Hraparak" qəzeti xəbər verib ki, Şura yeni Konstitusiyanın hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.

Ətraflı süjetdə:

Son xəbərlər