Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə regional gündəmi müzakirə edib
02
may
2025
22:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə regional gündəmi müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
"Səfir Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirinin müavini Levent Gümrükçüyə nəzakət ziyarəti edib", – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Görüşdə Azərbaycan – Türkiyə münasibətləri, əməkdaşlıq imkanları və regional gündəm məsələlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...