Azərbaycan səfiri Səudiyyənin XİN başçısının müavini ilə ikitərəfli münasibətləri müzakirə edib
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın xarici işlər nazirinin müavini Əbdülkərim Əl-Xurayci ilə iki ölkə arasında ikitərəfli münasibətləri müzakirə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin xarici siyasət idarəsi məlumat yayıb.
“Xarici işlər nazirinin müavini, mühəndis Vəlid bin Əbdülkərim Əl-Xurayci bu gün nazirliyin Ər-Riyaddakı ofisində Azərbaycan Respublikasının Krallıqdakı səfiri Şahin Abdullayevi qəbul edib”, – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, görüşdə “iki ölkə arasında ikitərəfli münasibətlər və onların bütün sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə olunub, habelə qarşılıqlı maraq doğuran mövzulara toxunulub”.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...