Azərbaycan Prezidenti: "Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır"

Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır
Siyasət 52

"Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır".

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır.

Son xəbərlər