Azərbaycan Prezidenti: “Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir”

07
iyl
2023
16:08
Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında bildirib.
“Bu ilin sonunadək bizdə artıq bu layihənin texniki-iqtisadi əsaslandırılması olacaq. Bundan sonra isə ümid edirəm ki, biz dərhal investisiyalara başlayacağıq. Bu, qazpaylayıcı şəbəkəsini qurmaq üçün Albaniyaya yatırılacaq xalis Azərbaycan investisiyası olacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan və Albaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. BAKU.WS...
