Azərbaycan Prezidenti: "Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir"
Yeniliklərdən dərhal xəbərdar olun
"Afrika ölkələri ilə əlaqələrimiz sürətlə inkişaf edir. Bir müddət əvvəl Afrika İttifaqında səfirliyimiz də açılmışdır".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Bununla yanaşı, biz Qoşulmama Hərəkatı çərçivəsində Afrika ölkələri ilə sıx əlaqədəyik.
Mən artıq bunu qeyd etmişəm, COVID dövründə bizim göstərdiyimiz humanitar yardımın bir hissəsi Afrika qitəsinə də istiqamətləndirilmişdir”, - deyən dövlətimizin başçısı bu günə qədər siyasi müstəvidə olduğu kimi, iqtisadi-ticari sahədə də Afrika ölkələri ilə əlaqələrin o qədər də yüksək səviyyədə olmadığını vurğulayıb.
“Bunun yəqin ki, təbii səbəbləri var və hesab edirəm ki, təmaslar daha sıx olduqca, bu istiqamətdə də imkanlar dəyərləndiriləcək. Hər halda biz buna maraqlıyıq”, - deyə Prezident diqqətə çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...