Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması dezinformasiyasıdır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. BAKU...