Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb
Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bağlanış mərasimində çıxış edənlər bu cür yarışların hərbi qulluqçuların ştat silahlarından istifadəetmə vərdişlərinin və bacarıqlarının təkmilləşdirilməsində xüsusi rol oynadığını vurğulayıblar.
Qeyd edilib ki, yarışda hərbi qulluqçular atıcı silahlardan müxtəlif məsafələrdə yerləşən hədəflərin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Yarışın yekun nəticələrinə əsasən, praktiki atışlar zamanı fərdi və komanda hesabında ən yüksək nəticə göstərən hərbi qulluqçular Müdafiə Nazirliyinin rəhbərliyi adından fəxri fərmanlar, kubok və medallarla təltif olunublar.
Qalereya
Oxşar xəbərlər
XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
2020-ci il müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər zərərçəkən olub. BAKU.WS xəbər verir ki, bu barədə Xarici İş...