Azərbaycan Ordusunda hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - FOTO

2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilir, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.
Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov Komando Dağ Təlim Mərkəzini ziyarət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zak...
