Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimi keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.
Təlimin hər mərhələsində döyüşə hazırolma dərəcəsinin yüksəldilməsi nəzərə alınmaqla qoşunların və idarəetmə orqanlarının tətbiqi nəzərdə tutulur, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinə xüsusi diqqət yetirilir.
Qalereya
Oxşar xəbərlər
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib - FOTO/VİDEO
“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib. Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildi...